Rusiya və Venesuela prezidentləri Vladimir Putin və Nikolas Maduro iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sitat.info bu barədə TASS-a istinadən xəbər verir.
Böyük Kreml Sarayının Malaxit foyesində təntənəli şəraitdə hər iki ölkənin liderləri sənədi imzalayıblar. Rusiyanın yalnız İran və KXDR ilə oxşar müqavilələri var.
Müqavilə, Kremldə qeyd olunduğu kimi, təhlükəsizlik, terrorizm, ekstremizm, tarixin saxtalaşdırılması və nasizmin tərənnümü ilə mübarizə sahəsində əməkdaşlığı əhatə edir. Müqavilə iqtisadiyyat, o cümlədən enerji, nəqliyyat, mədənçıxarma və rabitə sahələrində əməkdaşlığın artırılması kursunu müəyyən edir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir qədər əvvəl qeyd etdiyi kimi, saziş uzunmüddətli perspektivə yönəlib və gələcək bərabərhüquqlu və etibarlı qarşılıqlı fəaliyyətin əsas prinsiplərini müəyyən edir.
Aytac,
Sitat.info