
“ABŞ İranın nüvə enerjisi proqramına malik olmasına etiraz etmir, lakin Tehranın uranı zənginləşdirməməkdə israrlıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransının təşkil etdiyi forumda İran ətrafında yaranmış vəziyyəti şərh edən Amerika vitse-prezidenti J.D.Vens deyib.
“Onlar mülki nüvə enerjisinə sahib ola bilərlər. Biz bunun əleyhinə deyilik. Bizim təklifimiz çox sadədir: İnsanların nüvə enerjisi istəyib-istəməməsi bizi maraqlandırmır. Biz buna etiraz etmirik. Amma siz nüvə silahı hazırlamağa imkan verən uranın zənginləşdirilməsi proqramına malik ola bilməzsiniz. Biz xətti buradan çəkirik”, - Vens deyib.