AZ

Paşinyan 2022-ci ildə Praqa görüşü öncəsi KTMT tərəfdaşları ilə dialoqun təfərrüatlarını açıqlayıb

“Praqaya getməzdən öncə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarımıza suveren ərazilərimizə hücum təhlükəsi gördüyümü dedim. Tərəfdaşlar mənə cavab verdilər ki, onlar bunu mümkün hesab etmir və Ermənistanın sərhədləri onlar üçün "qırmızı xəttdir”.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan deyib.

O, daha sonra 2022-ci ilin sentyabrında, eləcə də 2021-ci ilin noyabr və may aylarında baş verən hadisələrdən danışıb:

“Mən açıq şəkildə sizə deyirəm ki, bu hadisələrə verilən reaksiyanı Ermənistana hörmətsizlik hesab etdim və belə qərara gəldim ki, Ermənistan hökuməti ölkəmizin ərazi bütövlüyünü tanımalıdır. 2022-ci il oktyabrın 6-da nələrin baş verdiyini anlamayanlara isə növbəti dəfə söyləmək istəyirəm ki, həmin gün Baş nazir Ermənistanın və qonşu dövlətin ərazi bütövlüyünü tanıyıb. Bu məsələlər isə bir-biri ilə əlaqəlidir”.

Seçilən
0
1
apa.az

2Mənbələr