Avropa Komissiyası Macarıstanı Avropa İttifaqının (Aİ) miqrasiya normalarını pozmaqda ittiham edərək ona qarşı Avropa Ədalət Məhkəməsində iddia qaldırıb.
“Report” xəbər verir ki, bu barədə AK-nın bəyanatında deyilir.
Avropa Komissiyası hesab edir ki, Budapeşt Aİ-nin qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə ümumi siyasətini pozur, çünki Macarıstan 2023-cü ildə qeyri-qanuni miqrantların Aİ ərazisinə daxil olmasına kömək etdikləri üçün həbs olunmuş bir sıra şəxsləri vaxtından əvvəl azad edib, həmçinin onlardan bir neçəsinə cəzalarını digər dövlətlərdə çəkməyə icazə verib.
AK vurğulayıb ki, "bu hökmlərin sərhəd xaricində icra ediləcəyinə" əminlik yoxdur.