AZ

Kadrlar Arxasında Qalan Rəngli Dünyalar – Cəbrayıl Əzimov

Kadrlar

Bu gün Azərbaycan kino incəsənətinin yaddaşına iz salmış Əməkdar rəssam Cəbrayıl Əzimovun doğumunun 99 ili tamam olur. 🎂🇦🇿O, Əzim Əzimzadənin adını daşıyan Rəssamlıq məktəbində sənətə ilk addımlarını atdı, daha sonra Moskvada – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda fırçanı kamera ilə birləşdirməyi öyrəndi. 1953-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında çalışan Əzimov, ömrünün sonuna qədər saysız-hesabsız filmlərin arxasındakı görünməyən qəhrəmana çevrildi. Onun quruluş verdiyi filmlər – “Görüş”, “Leyli və Məcnun”, “Bir qalanın sirri”, “Qızmar günəş altında” və digərləri bu gün də tamaşaçını ovsunlamağa davam edir. O, bir səhnəni təkcə dekorla deyil, ruhla bəzəyirdi. Hər bir kadra duyğu, hər bir kölgəyə həyat qatırdı... Cəbrayıl Əzimov 1969-cu ildə bu dünyadan getsə də, sənəti hələ də ekranlarda yaşayır, hər baxışda yenidən doğulur…✍️"Ulusum".az

Diqqət Çəkənlər

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Seçilən
0
ulusum.az

1Mənbələr