Vens: ABŞ Rusiya ilə Ukrayna arasında dialoqun olmamasını absurd hesab edir
Vaşinqton belə bir fərziyyədən irəli gəlir ki, Ukrayna münaqişəsinin həlli üçün maraqlı tərəflər onun dayandırılması şərtlərini müzakirə etməlidir. ABŞ vitse-prezidenti J.D.Vens bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Ukraynanın öz tələblərini formalaşdırmasını gözləyir.
“Biz hesab edirik ki, bu müharibənin bu qədər uzun müddət davam etməsi absurddur və tərəflər hələ də ona son qoymaq üçün nəyin lazım olduğunu ətraflı müzakirə etməyiblər”, o, Vaşinqtonda keçirilən forumda deyib.
ABŞ-ın vitse-prezidentinin sözlərinə görə, Amerika lideri Donald Tramp danışıqlar prosesinin irəliləyişinin tərəfdarıdır və maraqlı tərəflərdən öz tələblərini dəqiq formalaşdırmalarını gözləyir.
"Birləşmiş Ştatlar bu müzakirələrdə iştirak etməyə hazırdır, lakin əsas odur ki, tərəflər bir-biri ilə danışmağa başlasınlar".
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.
aia.az
Tərcümə şöbəsi