AZ

Orxan Əliyev, “Şəfa” və 10 min manat... – premyer-liqadan 1-ci liqaya?

“Turan Tovuz”un hücumçusu Orxan Əliyevin karyerasını növbəti mövsüm 1-ci liqada çıxış edəcək “Şəfa”da davam etdirəcəyi haqda xəbər yayılıb. İddiaya inansaq, paytaxt klubu futbolçuya 10 min manat maaş təklif edib.

Bilginin səhih olub-olmadığını öyrənmək məqsədilə “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“1-ci liqada çıxış edəcəyimizi nəzərə alsaq, premyer-liqa təcrübəsi olan gənc və ya təcrübəli futbolçuların xidmətində maraqlıyıq. Ancaq hələ hansısa futbolçuyla danışmamışıq. Orxan Əliyev haqda yayılan məlumat həqiqəti əks etdirmir. Oyunçuya təklif göndərəndə klubunda oynayıb-oynamadığını və maaşını nəzərə alırıq. Kimsə az şans qazansa belə, premyer-liqanı 1-ci liqaya dəyişməz. Hansısa oyunçuya yüksək məvacib vermək fikrimiz yoxdu. Gələcəkdə nələrin yaşanacağını demək olmur”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
0
football-plus.az

1Mənbələr