BAKI, 7 may. TELEQRAF
Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə Vaşinqtonda keçirilən forumda ABŞ-ın vitse-prezidenti Devid Vens İranın nüvə enerjisi proqramı ilə bağlı mövqeyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, ölkəsinin İranın mülki nüvə enerjisi proqramına qarşı olmadığını, amma Tehranın uranı zənginləşdirməsinin qəbuledilməz olduğunu ifadə edib.
O, İranın nüvə proqramı ilə bağlı vəziyyəti şərh edərkən deyib:“Bizim təklifimiz çox sadədir: İnsanların nüvə enerjisi istəyib-istəməməsi bizi maraqlandırmır. Biz buna etiraz etmirik. Amma siz nüvə silahı hazırlamağa imkan verən zənginləşdirmə proqramına malik ola bilməzsiniz. Biz xətti buradan çəkirik”.
Bu açıqlama ABŞ-ın İranın nüvə fəaliyyətlərinə yanaşmasını və Tehranın nüvə silahı hazırlamağa imkan verəcək addımlar atmaması üçün qoyduğu sərhədin əhəmiyyətini bir daha göstərib.