BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Sudanini qəbul edəcək.
TurkicWorld xəbər verir ki, Ərdoğan sabah, mayın 8-də İraqın Baş naziri Məhəmməd Şia əl-Sudanini rəsmi səfər çərçivəsində Prezident Külliyəsində qəbul edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Direktoru Fəxrəddin Altun sosial media hesabında paylaşım edib.
Səfər çərçivəsində “Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı”nın keçirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılır. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
“İnanırıq ki, cənab Sudaninin bu səfəri ilə Türkiyə və İraq arasında köklü əlaqələr bir çox sahədə daha da güclənəcək” - deyə Altun paylaşımında bildirib.