Milan: Trend:
Asiya İnkişaf Bankı “yaşıl” keçid xərclərinin azaldılmasının ənyaxşı yollarını tapmağa can atır.
Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnminYan AİB-in 58-ci illik iclasının bağlanış sessiyasında deyib.
“Regional qarşılıqlı əlaqəyə olan tələbat daha da kəskinləşib.Biz “yaşıl” və rəqəmsal regional əməkdaşlığın inkişafı ilə bağlıməqsədləri həyata keçirməyə çalışacağıq. Rəqəmsal texnologiyalarıregional qarşılıqlı əlaqə sahəsinə inteqrasiya etməyiplanlaşdırırıq — məsələn, “ağıllı” nəqliyyat və “ağıllı” enerjivasitəsilə.
Biz ticarətin asanlaşdırılması və rəqəmsal xidmətlər üzrəticarət imkanlarının genişləndirilməsi üçün rəqəmsal həllərintətbiqini davam etdirəcəyik, çünki rəqəmsal ticarət qlobal iqtisadiartımın yeni hərəkətverici qüvvəsinə çevriləcək. Biz “yaşıl”keçidin dəyərinin azaldılması yollarını tapmaq niyyətindəyik, eynizamanda, iqlim və sosial-iqtisadi məqsədlərin balanslı şəkildəicrasına nail olmağa çalışacağıq”, - deyə o qeyd edib.
Yanın sözlərinə görə, AİB regional qarşılıqlı əlaqə sahəsindəiri layihələrin reallaşdırılmasını dəstəkləməkdə davam edəcək ki,bu da kiçik iqtisadiyyatlara onların zəngin su ehtiyatlarını milliiqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına çevirməkdəkömək edəcək.