ABŞ Moskva və Kiyevin danışıqlar masasına oturmayacağı təqdirdə Ukrayna üzrə sülh danışıqlarında vasitəçiliyinin davam etdirilməsini qeyri-mümkün hesab edir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-nin vitse-prezidenti Cey Di Vens liderlərin Münxen görüşündə bildirib.
O, münaqişə tərəflərini Kiyev və Moskva arasında birbaşa əlaqələrin qurulacağı prinsipləri razılaşdırmağa çağırıb.
"Biz hesab edirik ki, iki tərəf arasında ən azı birbaşa danışıqlar olmadan bu məsələdə vasitəçi olmağımız yəqin ki, mümkün deyil. Biz buna diqqət yetirəcəyik", - o qeyd edib.