AZ

QHT “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı layihəsinin  icrasına başlayıb

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı layihənin icrasına başlayır. 

Bu barədə QHT.az-a ictimai birliyin sədri Ramil Əliyev məlumat verib. Təşkilat sədir qeyd edib ki, layihə çərçivəsində tədbirlər Türkiyə Respublikasının Qars bölgəsində həyata keçiriləcək. Layihənin məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini tanıtmaq, bu dəyərləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Bu məqsədlə Qarsda 1 günlük forumun təşkili nəzərdə tutulub. Forum zamanı təqdimatlar, foto və video sərgilər, eləcə də mədəniyyət və kulinariya nümunələrinin nümayişi planlaşdırılır.

Seçilən
0
3
qht.az

4Mənbələr