AZ

Qaraciyər üçün Alloxolu necə qəbul edək?



Sovet dövrünün ən məşhurhəzm, öd dərmanı Alloxol müasir həkimlərin reseptində yoxdur. Qurudulmuş öküz ödündən hazırlanan bu preparat öd kisə və qaraciyər təmizləyici, aktivləşdirici təsir edir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Lebedeva Alloxolu qəbul etməyin faydalarından danışıb.

Alloxol gündə 1 dəfə gecə qəbul edilə bilər.

Digər vasitələr:

Ursofalk - ursodeoksixol turşusu mədənin işini tarazlaşdırır. Lebedeva onu gecə bir dəfə qəbul etməyi məsləhət görür.

Betargin qaraciyəri bərpa edir, intoksikasiya və iltihabla mübarizə aparır. Gündə 1 paket qəbul edin.


Holosas itburnu konsentratıdır.

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.

Qaraciyər xəstəliyinin əlamətləri:

sağ böyürdə ağrı,
astenik vəziyyət;
miqren;
koqnitiv pozğunluq;
tərləmə;
dərinin saralması;
sızanaq və səpgilər;
qəbizlik və ya mədə narahatlığı.

Öd kisəsi problemində:

Dərinin qaşınması, axşam və isti duş zamanı daha da pisləşir
Selikli qişaların, skleranın və daha sonra dərinin saralması
Sidiyin qaralması
Yüngül (bəzən ağ) nəcis
Sağ hipokondriyumda ağırlıq, narahatlıq.


Aygün Musayeva


Seçilən
0
medicina.az

1Mənbələr