AZ

Status artıq parıltıda deyil – zənginlərin yeni "modası"...

Status

NEWS.ru-ya danışan Dövlət Maarif Universitetinin əmək psixologiyası və psixoloji məsləhət kafedrasının dosenti Yekaterina Bulqakovanın sözlərinə görə, varlı insanlar bəzən təhlükəsizlik və ictimai normalara uyğun yaşamaq üçün sadə həyat tərzini seçirlər. Onun fikrincə, belə davranışların arxasında əksər hallarda ikiüzlülük deyil, psixoloji müdafiə mexanizmləri dayanır.Bulqakova izah edir ki, varlı şəxslərin sadə görünməyə çalışması – köhnə cins şalvarda gəzib, sadə həyat tərzi nümayiş etdirməsi – onların cəmiyyətə uyğunlaşmaq, "özlərindən biri" kimi görünmək, habelə neqativ reaksiyalardan və sosial şəbəkə tənqidlərindən qorunmaq istəyi ilə bağlıdır. Çünki zənginlik simvolları istənməyən diqqətə səbəb ola bilər.O vurğulayıb ki, bəzi hallarda bu davranışın arxasında uşaqlıqda öyrənilmiş “pul – pisdir” və ya “öyünmək ayıbdır” kimi inanclar dayanır. Bu da insanlarda varlanandan sonra daxili konfliktlərə və günahkarlıq hissinə səbəb olur. Nəticədə, öz var-dövlətini gizlətmək, asketik həyat sürmək ehtiyacı yaranır.Bundan əlavə, psixoloqun fikrincə, bu gün minimalizm, ekoloji düşüncə və "şüurlu həyat tərzi" müasir, intellektual statusun göstəricisinə çevrilib. Bahalı, lakin gözdən uzaq geyim və sadəlik isə artıq var-dövlətə deyil, mənəvi dəyərlərə üstünlük verməyin bir göstəricisidir.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Seçilən
0
ulusum.az

1Mənbələr