AZ

"Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarları üçün də sərmayə qoyluşu aspektindən cəlbedici hesab olunur"

"Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü olub. Son illər Vyetnam ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Pandemiyadan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində də artımlar müşahidə edilməkdədir. 2021-ci ildə 185.7 milyon dollar qarşılıqlı dövriyyə qeydiyyat alınmışdırsa bu göstərici ötən il 223.9 milyon dollaradək yüksəlib. Bununla yanaşı, 2022-ci və 2023-cü illərdə daha böyük ticarət dövriyyələri qeydə alınıb: müvafiq olaraq 594.6 milyon və 482.1 milyon dollar".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyatın bir sıra sahələrində, xüsusən də turzim sektorunda və qarşılıqlı sərmayə qoyluşları istiqamətində əməkdaşlıq imkanları yüksəkdir:

"Ölkələrin paytaxtları arasında birbaşa hava nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı aparılan müzakirələr turzim sahəsində əməkdaşlığa xüsusi töhvə verə bilər.

Vyetnamın xidmət və turizm sektoru Azərbaycan sahibkarlı üçün də sərmayə qoyluşu aspektindən cəlbedici hesab olunur. Son illər bu ölkəyə investitsiya qoyluşu həyata keçirmək istəyən yerli sahibkarların sayı artmaqdadır. Eyni zamanda, Azərbaycanın emaledici qida, aqrar və xidmət sahələri də Vyetnam biznesi üçün cəlbedicidir.

Bütövlükdə, ölkələr arasında əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir. Vyetnam rəhbərinin Azərbaycana dövlət səfəri münasibətlərin daha da dərinləşməsində yeni bir səhifə açacaq".

Vasif ƏLİHÜSEYN 

Seçilən
0
redaktor.az

1Mənbələr