Ukrayna millisinin futbolçusu İlya Zabarni Avropa klubunun maraq dairəsindədir.
İdmanxeber.az-ın məlumatına görə, “Bornmut”un mərkəz müdafiəçisi PSJ-yə transfer oluna bilər. Paris klubu oyunçunu yaxından izləyir. Transferin bu yay gerçəkləşə biləcəyi bildirilir.
22 yaşlı Zabarninin “Bornmut”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.