"Fiorentina" klubu baş məşqçisi Raffaele Palladino ilə müqavilə uzadıb.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin 2026-cı ildə başa çatacaq sözləşməsi bir il artırılıb.
Bu barədə klub rəsmi saytından məlumat verib.
Palladino ötən ilin yayından Florensiya təmsilçisinə başçılıq edir. "Fiorentina" hazırda 59 xalla A Seriyasında 8-ci yeri tutur.