AZ

Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur

Xalq

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur.Əzim Əzimzadə yalnız fırçasıyla yox, həm də düşüncəsiylə zamanına damğa vuran sənətkar olub. O, “Molla Nəsrəddin” jurnalında çəkdiyi kəskin, düşündürücü və bir o qədər də incə yumorla dolu karikaturaları ilə satirik qrafikamızın banisinə çevrilib. “Baraban”, “Zənbur”, “Tuti” kimi jurnallarda da qələmi ilə cəmiyyətin qaranlıq tərəflərinə işıq tutan Əzimzadə, Sabirin məşhur “Hophopnamə”sinə verdiyi illüstrasiyalarla kitab qrafikasında yeni bir nəfəs yaratdı. O, təkcə rəsmlə deyil, teatrla da nəfəs alırdı – səhnələrə geyim eskizləri və dekorasiyalarla rəng qatırdı. Azərbaycanın ilk Xalq rəssamı olan Əzimzadənin əsərləri bu gün dünyanın müxtəlif muzeylərində nümayiş olunur. Onun xatirəsi Bakı küçələrində, adını daşıyan kollecdə, yaşadığı ev-muzeydə və hələ də ruhunun dolaşdığı o bağçadakı büstdə yaşayır.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu

Seçilən
0
ulusum.az

1Mənbələr