Ziraat Bank Azərbaycan, kənd təsərrüfatı sahəsində sahibkarların fəaliyyətini dəstəkləmək məqsədilə Maliyyə Nazirliyi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə birgə yaradılmış "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində kənd təsərrüfatı sektoru üçün xüsusi maliyyə xidmətləri təqdim edir.
Kreditlərin məqsədi:
- Kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi.
- Dövriyyə kapitalının artırılması.
- Digər kənd təsərrüfatı xərclərinin maliyyələşdirilməsi.
Bu kreditlər, kənd təsərrüfatı sahəsində yeniliklərə yatırım etmək, əməliyyat xərclərini qarşılamaq və biznesinizi böyütmək istəyən sahibkarlara böyük dəstək təmin edir.
Ətraflı məlumat üçün keçid: //ziraatbank.az/az/kend-teserrufatinin-maliyyelesdirilmesi
Fuad Mədətov
Finss.az