Peşəkarlıq və güvən üçün HARMONY HEALTH HOSPİTALI seçə bilərsiniz
Bakıda müasir standartlara cavab verən Harmony Health Hospital - yeni özəl tibb müəssisəsi fəaliyyətə başlayıb. Azərbaycanın məşhur həkimi Dr. Pərviz Aslanovun rəhbərlik etdiyi klinika həm maddi-texniki baxımdan, həm də peşəkar tibb heyəti olaraq, əhaliyə yüksək səviyyəli xidmət təklif edir.
Tanınmış mütəxəssis həkimlərin cəlb olunduğu Harmony Health Hospitalın üstünlükləri, göstərəcəyi xidmətlə bağlı barədə suallarımızı müəssisənin rəhbəri Dr. Pərviz Aslanov cavablandırıb.
- Pərviz müəllim, belə bir tibb müəssisəsinin yaradılması hansı zərurətdən irəli gəldi?
- Harmony Health Hospitalın yaranma zərurəti cəmiyyətimizdə səhiyyəyə olan inamın bərpası və tibbin insani dəyərlərlə birləşdirilməsinə duyulan ehtiyacdan irəli gəldi. Xarici ölkələrdə elmi-praktiki təcrübələrdə olduğum zaman gördüm ki, həkim-pasiyent münasibəti yalnız müalicə ilə məhdudlaşmır. Bu münasibət qarşılıqlı münasibət, hər bir müraciət edən şəxsə dəyər verilməsi, hörmət və güvən üzərində qurulur. Mənim tələbəlikdən arzum məhz belə bir klinika yaratmaq olub. Və qazandığım təcrübəni də bura əlavə ertsəm, istədim ki, bizim ölkədə də hər pasiyent müalicə prosesində özünü dəyərli hiss etsin, yalnız bədən sağlamlığı deyil, ruhu da müalicə olunsun. Harmony bu arzu ilə doğuldu – səmimiyyətin, empatiyanın və peşəkarlığın qovuşduğu bir məkan kimi. Müraciət edən hər kəs özünü rahat hiss etsin, bütün suallarına cavab ala bilsin.
- Bakıda xeyli sayda tibb müəssisəsi fəaliyyət göstərir. Qeyd etdiyiniz məqamlar yetərlidir, pasiyent nə üçün məhz Harmony Health Hospitalı seçsin?
- Bizim yanaşma tam fərqlidir. Biz xəstəliyə deyil, insana baxırıq. Harmony Health Hospitalın əsas prinsipi hər bir pasiyenti unikal bir fərd kimi qəbul etməkdir. Bizim üçün tibb yalnız diaqnoz və resept yazmaq deyil. Pasiyenti dinləmək, anlayış göstərmək və emosional dəstək vermək də bir o qədər vacibdir. Xəstələr bizə gəldikdə sadəcə müalicə almırlar. Onlar burada anlayış, güvən və rahatlıq tapırlar ki, bu da bizim digər tibbi müəssisələrdən əsas fərqimizdir.
- Hospitalda hansı xidmətlər göstərilir?
- Harmony Health Hospitalda ilkin tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar müalicə, diaqnostika, eləcə də bərpa müalicəsi xidmətləri təklif olunur. Eyni zamanda doğum öncəsi hazırlıq proqramları, psixoloji konsultasiyalar, uşaq inkişafına dəstək xidmətləri və profilaktik sağlamlıq müayinələri kimi fərdi yanaşmaya əsaslanan xidmətlərimiz də mövcuddur.
- Hospitalınızda hansı sahələr üzrə həkimləri fəaliyyət göstərir?
- Xəstəxanamızda terapevt, pediatr, ginekoloq, kardioloq, dermatoloq, nevroloq, endokrinoloq, uroloq, otorinolarinqoloq (LOR), ortoped-travmatoloq və digər ixtisaslar üzrə peşəkar həkimlər fəaliyyət göstərir. Seçim zamanı bizim üçün tək tibbi bilik deyil, həkimin insana yanaşma tərzi – dinləmə bacarığı, səmimiyyəti və empati hissi də əsas meyardır.
- Hospitalın maddi-texniki bazası hansı səviyyədədir?
- Harmony Health Hospital müasir tibb müəssisəsi olmaqla yanaşı, texnoloji baxımdan da tam təchiz olunub. Bizim məqsədimiz ən yüksək səviyyəli xidmətləri təqdim etməkdir. Bütün şöbələrdə pasiyentin komfortu və təhlükəsizliyi əsas götürülür. Avadanlıqlarımızın hər biri beynəlxalq sertifikatlara malikdir və innovativ müalicə imkanları təqdim edir.
- O zaman əın müasir avadanlıqlarla xidmət göstərdiyinizi iddia edə bilərsinizmi?
- Bəli, bunu tam əminliklə deyə bilirik. Hospitalımızda istifadə olunan cihazlar Almaniya, Yaponiya, İsveçrə kimi ölkələrin qabaqcıl istehsalçılarından alınıb. Bu avadanlıqlar sayəsində həm diaqnozun dəqiqliyi artır, həm də pasiyentin müayinədən keçmə prosesi daha rahat və sürətli olur.
- Laboratoriyanız haqqında məlumat verərdiniz. Hansı analizlər həyata keçirilir? Analiz nəticələrinə tam etibar etmək olarmı?
- Laboratoriyamızda biokimya, hematologiya, hormon analizləri, mikrobiologiya, immunologiya və daha bir çox sahədə testlər yüksək dəqiqliklə aparılır. İstifadə etdiyimiz texnologiya nəticələrin etibarlılığını təmin edir. Əlavə olaraq, laboratoriyada işləyən mütəxəssislər dəfələrlə beynəlxalq təlimlərdə iştirak etmiş peşəkar kadrlardır.
- Başqa instrumental diaqnostik müayinələr etmirsiniz?
- Hospitalda EKG, EEQ, USM, doppler müayinələri, rentgen, kompüter tomoqrafiyası (KT), endoskopik, BERA, audimetriya müayinələri kimi müxtəlif diaqnostik prosedurlar həyata keçirilir. Hər bir müayinə pasiyentin ehtiyacına uyğun olaraq seçilir və nəticələr təcrübəli mütəxəssislər tərəfindən analiz olunur.
- Tibbi personal haqqında nə deyərdiniz? Harmony Health Hospitalı seçən xəstəni yuxarıda qeyd etdiyiniz gülərüz və qayğıkeş tibbi heyət gözləyirmi?
- Əlbəttə! Harmony Health Hospitalın ruhunu formalaşdıran əsas amil – onun insanlara göstərdiyi münasibətdir. Bizim tibbi heyətimiz təkcə peşəkar deyil, eyni zamanda gülərüz, qayğıkeş və anlayışlıdır. Onlar üçün hər pasiyent fərqli bir tarix, fərqli bir ehtiyacdır və hər birinə fərdi yanaşılır.
- Indi insanları maraqlandıran məsələlərdən biri də İcbari Tibbi Sığortadır. Hospitlınızda bu, keçərlidirmi?
- Bəli, artıq Harmony Health Hospitalda İcbari Tibbi Sığorta keçərlidir. Bu sahədə inteqrasiya prosesi tamamlanıb və pasiyentlərimiz bu imkanlardan tam şəkildə faydalana bilirlər. Məqsədimiz daha çox insanın keyfiyyətli səhiyyə xidmətlərinə rahat çıxışını təmin etməkdir.
Qeyd: Harmony Health Hospitalın xidmətlərindən yararlanmaq istəyənlər (010) 464-55-55 mobil nömrəsi və “harmonyhealthhospital” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər. Həmçinin Harmonyhealthhospital.az saytına da daxil olmaqla, klinika haqqında daha ətraflı məlumat əldə etmək olar.