"Yuventus"un hücumçusu Duşan Vlahoviçin bu yay komandadan ayrılacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, serbiyalı forvardla üç klub yaxından maraqlanır. "Qalatasaray", "Fənərbağça" və "Nyukasl" onu heyətinə cəlb etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edir. Onun "qoca sinyora" ilə sözləşməsi gələn ilin yayında bitir.