''Football-plus.az'' xəbər verir ki, Tulun ''Cim-Bom''un yayda ayrılacağı gözlənilən Fernando Musleranın yerinə gətirmək istədiyi qapıçıların adlarını da açıqlayıb.
Xatırladaq ki, Musleranın İstanbul nəhənginə gəldiyi 2011-ci ildə idman direktoru vəzifəsini məhz Tulun icra edirdi. Sözü ona verək:
''Fikrimcə, rəhbərlik artıq Osimheni daimi əsasda transfer edə bilmək üçün bütün hazırlıqlarını tamamlayıb. Bundan sonra son söz Osimhenin olacaq. Rəhbərlik Osimhenə ''ən azı bir il də bizimlə qal, Çempionlar Liqasında da uğur qazanaq, növbəti mövsüm premyer-liqa və ya ürəyin istəyən ölkəyə yollanarsan'' deyəcək. Onun Səudiyyə Ərəbistanından gələn təklifi qəbul edəcəyini düşünmürəm. Osimhen artıq sübut edib ki, pula görə hərəkət eləmir. Şəxsi fikrim belədi ki, Türkiyədə daha bir il qalmaq ehtimalı yüksəkdi. Xoşbəxtliyi üzündən hiss olunur. Əsil liderdi və komandanı arxasınca daşıyır. İkardi karyerasını ''Qalatasaray''da davam etdirəcək. Onun üçün də maddi məsələlər ikinci plandadı. Çünki Türkiyədə və ''Qalatasaray''da öz ölkəsindəkindən daha çox sevilir. Bir insan bu qədər sevildiyi yerdən ayrılmaq istəməz. Muslera dönəmi başa çatır. Amma məndə olan məlumata görə ''Qalatasaray'' Musleradan sonra dünya səviyyəsində tanınan və beynəlxalq arenada böyük təcrübəsi olan bir qapıçı gətirməyi planlaşdırır. Bu, ya Alisson Bekker olacaq, ya da Ederson. Qulağıma belə bir xəbər çatıb. Hər halda bunun baş tutması ehtimalı heç də az deyil''.