AZ

Azərbaycan millisinin iki voleybolçusu “Xilasedici”yə keçib

Bakı, 7 may, AZƏRTAC

Geridə qalan mövsümdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının bürünc medallarını qazanan “Xilasedici” komandası heyətini iki yeni oyunçu ilə gücləndirib.

Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Cəlil Cəlilov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan millisinin voleybolçuları – Vüqar Bayramov və Andrey Melnikovla müqavilə imzalanıb.

V.Bayramov ötən mövsüm “Murov Az Terminal”da, A.Melnikov isə Rumıniyanın “Korona Brașov” komandasında çıxış edib.

Seçilən
0
azertag.az

1Mənbələr