AZ

AK “Boeing” təyyarlərinə rüsum tətbiq edəcək


Avropa Komissiyası (AK) Amerikanın “Boeing” aerokosmik korporasiyası tərəfindən istehsal olunan təyyarələrə ABŞ-nin tətbiq etdiyi tariflərə cavab vermək planının bir hissəsi kimi ticarət rüsumlarının tətbiqi imkanını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Brüssel Vaşinqtonla ticarət danışıqlarının nəticəsiz qalacağı və Avropa mallarına rüsumların azaldılmasına nail ola bilməyəcəyi təqdirdə bu addımı atmağı planlaşdırır.
Qəzetin yazdığına görə, Avropa Komissiyası mülki təyyarələri təxminən 100 milyard avro dəyərində Amerika mallarına qarşı görüləcək əks tədbirlər siyahısına daxil edə bilər.
Qərar yalnız ittifaqa üzv olan ölkələrin əksəriyyəti tərəfindən təsdiqləndiyi təqdirdə qüvvəyə minəcək.
Mənbələr bildiriblər ki, Aİ-nin təyyarələrə və ehtimal ki, kimyəvi məhsullara tətbiq edəcəyi tariflər aprelin 14-dən qüvvəyə minəcək.
FT xəbər verir ki, Avropa Komissiyası və “Boeing” şərh verməkdən imtina edib.
Seçilən
0
yeniavaz.com

1Mənbələr