Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə bəzən sürücülər cərimələrini ödəyə bilmirlər.
Belə bir fikir var ki, həmin cərimə qərarsızdır. Bəs belə faktla qarşılaşan sürücülər nə etməlidir?
Törətdikləri xətaya görə bir çox sürücüyə cərimə yazılıb və ya elektron qaydada protokol tərtib edilsə də, onların qərarı olmadığından nəqliyyat vasitəsinin sahibləri ödəniş edə bilmirlər. Söhbət son vaxtlar tez-tez rast gəlinən qərarsız protokollardan gedir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Qərarlı cərimə sürücü barəsində seçilən inzibati tənbeh tədbiridir. Bu, elektron protokol yazılması, elektron qərar vurulub yaxud da inzibati xəta protokolu tərtib edilib. Bu protokolların isə qərarlı və qərarsız olma ehtimalı var. Bu, əslində, qanunda olmayan bir anlayışdır. Sadəcə sistemdə bu cür görünür. Xüsusi texniki vasitələr tərəfindən qeydə alınan xətalar olduqda, qarşısında “E/Q” yazılır, bu, elektron qərar deməkdir. Artıq bu qərar verilib və sürücü 10 gün ərzində həmin qərardan şikayət etmək hüququna malikdir. Yaxud da yolda hərəkət zamanı yol polisi saxlayıb, sürücü barəsində protokol tərtib olunub amma qərarsız olaraq qeyd olunub. Bu o deməkdir ki, sürücü qərarsız cərimədən də şikayət edə bilər. Bu sadəcə sürücüyə buraxılmış bir haldır. O, öz hüquqlarında istifadə edə bilər. Digər tərəfdən isə əgər cərimə bir il müddətində qərarsız formada qalırsa, artıq onu qərarlı cəriməyə çevirmək mümkün deyil”.
Ekspert qeyd edib ki, vaxt axınının uzadılması ilə bağlı polis sürücü müəyyən olunması mümkün olmayıb, cərimə də buna görə qərarsız qalıb.
Fidan Vəlisoy