AZ

DİQQƏT: Əsəb bu ölümcül xəstəlikləri YARADIR

Mövcud xəstəliklərin bəzisi stres və əsəbdən qaynaqlanır. Mütəxəssislər hesab edirlər ki, emosional vəziyyət və keçmiş travmalar bədənin fiziki sağlamlığına ciddi təsir göstərə bilər. Xroniki stres və emosional gərginlik immunsistemini zəiflədir, bu da müxtəlif xəstəliklərə yol aça bilər. Yəni xəstəliklərin çoxu psixologiyaya və yaşanan travmalara bağlıdır.

Bəs söhbət hansı xəstəliklərdən gedir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Fuad Əsədov deyib ki, bütün xəstəliklər psixologiya ilə əlaqəli deyil:

“Appendisit partlaması, qaraciyər sirrozu, xərçəng, qrip və bu kimi xəstəliklərin psixologiyamızla heç bir əlaqəsi yoxdur. Amma psixosomatik xəstəliklər var, yəni bunlar psixoloji narahatlıqların bədənimizə təsirləridir. Depressiya zamanı insanlarda bel, boyun ağrıları olur. Stresin, təşvişin mədəyə mənfi təsirləri ola bilir. Hətta mədə yarasına qədər gətirib çıxara bilir. Stresin şəkərə, təzyiqə və bu kimi xəstəliklərə təsiri mütləqdir”.

O bildirib ki, lakin bir çox xəstəlik viruslarla, bədənimizə daxil olan zərərli bakteriyalarla əlaqəlidir.

Günay Şahmar, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr