İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) tərəfindən su xəttində aparılacaq təmir işləri səbəbilə bu gün saat 20:00-dan etibarən Gaziosmanpaşa, Eyüpsultan və Sultangazi rayonlarının bəzi məhəllələrinə 10 saat müddətində su verilməyəcək.
Redaktor.az xəbər verir ki, İSKİ-nin yaydığı məlumata görə, Silahtar Nasos Mərkəzi çıxışında yerləşən isale xəttində vana və axınölçən (debimetre) montaj işləri aparılacaq.
Su kəsintisindən təsirlənəcək məhəllələr aşağıdakılardır:
Gaziosmanpaşa: Bağlarbaşı, Şemsipaşa, Hürriyet, Fevzi Çakmak, Kazım Karabekir, Yeni Mahalle, Karayolları, Mevlana, Barbaros Hayrettin Paşa və Karadeniz məhəllələri.
Eyüpsultan: Esentepe, Sakarya, Karadolap, Alibeyköy, Yeşilpınar, Akşemsettin və Çırçır məhəllələri.
Sultangazi: 75. Yıl, Yunus Emre və Zübeyde Hanım məhəllələri.