AZ

Avropada Tesla satışları çökdü

Aprel ayında Avropa ölkələrində "Tesla" elektrik avtomobillərinin satışı son iki il və ya daha çox müddətdə ən aşağı səviyyəyə düşüb. Xüsusilə, Almaniyada onlar 46 faiz azalaraq 885, Böyük Britaniyada isə 62 faiz azalaraq 512 ədədə düşüb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Reuters" isə məsələyə daha kəskin şəkildə yanaşıb. Qeyd edir ki, ABŞ istehsalçısının nəticələri İsveçdə (80,7 faiz), Hollandiyada (73,8 faiz) və Danimarkada (67,2 faiz) aşağı düşüb. Fransada şirkət satışlarının 59,4 faizini, Portuqaliyada isə 33 faizini itirib.

Elektrikli avtomobil bazarının 28 faiz artmasına baxmayaraq, "Tesla"nın Avropadakı satışları birinci rübdə 37,2 faiz azalıb. İstehsalçının qlobal satışları 13 faiz azalıb, nəticədə analitiklər həm modelin qocalması, həm də İlon Maskın şəxsiyyəti ilə əlaqələndirirlər.

Seçilən
0
1
publika.az

5Mənbələr