Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5–16 maytarixlərini əhatə edən “Elmdə Addımlar: TEC Günləri” çərçivəsindətələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinəbaşlayıb.
Trendxəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, builki konfrans ümummilli lider Heydər Əliyevinanadan olmasının 102-ci ildönümünə həsr olunub.
Konfransın moderatorluğunu Tələbə Elmi Cəmiyyətinin (TEC) sədriGünel İmamquliyeva həyata keçirib.
Plenar iclasda çıxış edən AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova ümummilli liderin elmin və təhsilin inkişafı sahəsindəgördüyü misilsiz xidmətlərdən bəhs edib. Rektor deyib ki, HeydərƏliyev Azərbaycanın gələcəyini bilikli, milli ruhlu və müasirdünyagörüşünə malik gənclərdə görür, bu istiqamətdə dərinislahatlar həyata keçirirdi. Rektor, eyni zamanda Ulu ÖndərinAzMİU-nun yaradılması və inkişafındakı xüsusi rolunu vurğulayaraq,universitetin bu gün müasir tələblərə cavab verən mühəndis və memarkadrlar hazırlayan nüfuzlu elmi mərkəzə çevrildiyini diqqətəçatdırıb.
Ardınca Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millətvəkili Ceyhun Məmmədov çıxışında təhsilin inkişafı istiqamətindəatılan mühüm addımlardan danışıb. O bildirib ki, Heydər Əliyevinrəhbərliyi dövründə 800-dən çox ümumtəhsil müəssisəsinin inşasıhəyata keçirilib ki, bu da təhsilə verilən əhəmiyyətin bariznümunəsidir.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nunMemarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiriprofessor Elbay Qasımzadə isə çıxışında ümummilli liderin yalnızsiyasi və dövlət xadimi kimi deyil, həm də yüksək estetik zövqəmalik, memarlığa və şəhərsalmaya böyük önəm verən şəxsiyyətolduğunu vurğulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RespublikaKomitəsinin sədri Araz Paşayev də konfransda çıxış edərək UluÖndərin müəllim əməyinə verdiyi yüksək qiymətdən, təhsilişçilərinin sosial rifahının və hüquqlarının qorunmasındagöstərdiyi səylərdən bəhs edib.
Plenar iclas çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətiniəks etdirən videoçarx nümayiş olunub. Çarxda ümummilli liderindövlətçilik fəlsəfəsi, elmə və gənclərə göstərdiyi diqqət genişşəkildə təqdim olunub.
Konfrans bölmə iclasları ilə davam etdirilib. Fizika və Kimyakafedrasının professoru Nəbi Babayev və dosent Şəhla Əhmədin elmirəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində tələbələr NurayMəmmədli və Ceyran Qurbanova “Azərbaycan Memarlıq və İnşaatUniversitetinin ərazisindəki torpaqda qurğuşun və fəal alüminiumuntəyini” mövzusunda elmi araşdırmalarının nəticələrini təqdimediblər.
Bildirək ki, tələbə və magistrantların 47-ci ənənəvi elmikonfransı 7–8 may tarixlərində bölmə iclasları ilə davametdiriləcək.