AZ

IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq

Bakı. Trend:

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi vəTəhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə 18 maytarixində IV, 19 may tarixində isə VI sinif şagirdləri üçünmonitorinqlər təşkil ediləcək.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumatyayıb.

Bildirilib ki, monitorinq IV siniflərdə tədris dili vəriyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyatfənləri üzrə aparılacaq.

Monitorinqlərin keçirilməsində məqsəd şagirdnailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıqgöstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisinkeyfiyyətinin artırılmasıdır.

Dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflərüzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlüsəbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyəbilərlər.

Qeyd edilib ki, monitorinqin nəticəsi şagirdlərinsummativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfəkeçmələrinə təsir göstərmir.

Məqalədə:
Seçilən
0
28
az.trend.az

10Mənbələr