Bakı. Trend%
Cari ilin birinci rübündə Azərbaycana 30,6 milyon ABŞ dollarıdəyərində mebel və onun hissələri gətirilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,1 milyon ABŞ dolları, yaxud da 3,7% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycana idxal olunmuşmebel və onun hissələrinə çəkilən xərcin həcmi 29,5 milyon ABŞdolları olub.
Hesabat dövründə mebel və onun hissələrinin idxalının ümumiidxalda payı 0,54% təşkil edib.
Qeyd edək ki, Azərbaycana mebel Rusiya, Çin, Türkiyə, Belarus,İtaliya, Gürcüstan, Moldova və bir sıra digər ölkələrdəngətirilir.