AZ

Bu, Hindistan və Pakistan arasında gərginliyi ARTIRDI

Aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam şəhəri yaxınlığında turistlərə edilən hücum Hindistan və Pakistan arasında gərginliyin artmasına səbəb olub.

KONKRET.az xəbər verir ki, hücum nəticəsində 25 Hindistan və 1 Nepal vətəndaşı ölüb.

Hindistan hücumda Rusiyada qadağan olunmuş “Ləşkər-e-Taibə” qruplaşmasını və Pakistanın kəşfiyyat orqanlarını ittiham edib.

Pakistanın baş naziri Şahbaz Şərif bu iddiaları rədd edib, Xarici İşlər Nazirliyi isə cavab haqqını saxladıqlarını bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib və tərəfləri təmkinli olmağa, dialoqa çağırıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr