AZ

Pakistan xarici işlər naziri: Hindistanın hücumu barədə əvvəldən məlumat almışdıq

BAKI, 7 may. TELEQRAF

Pakistan dünən axşam saat 22:00 radələrində Hindistandan mümkün hücumla bağlı məlumat alıb.

Teleqraf xəbər verir ki, bunu Pakistan xarici işlər naziri İshaq Dar deyib.

Nazir hücum zamanı Pakistan ordusunun Hindistanın döyüş təyyarələrini vurmasına diqqət çəkib.

“Yalnız yük buraxan Hindistan təyyarələrinə hücum etmək göstərişi var idi. Bu səbəbdən yalnız beş reaktiv təyyarə vurulub, əgər göstəriş başqa cür olsaydı, təxminən 10-12 təyyarə vurulardı”, - Dar bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr