Təsdiq etmək istərdim ki, Moskvada Qələbə günü tədbirində iştirak edəcəyəm.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Rusiya prezidentinin tədbirlərdə iştirakla bağlı dəvətini qəbul etdim. Biz açıq şəkildə bəyan etmişik ki, biz balanslaşdırılmış xarici siyasət aparmışıq və bu, münasibətlərimizi digər münasibətlərimizin hesabına bir istiqamətdə quracağımızı qətiyyən nəzərdə tutmur...
Düzünü desəm, mən bu şərhləri həqiqətən başa düşə bilmirəm. Təbii ki, bu hadisələr İkinci Dünya Müharibəsində qələbə kontekstində çox önəmlidir, lakin həmin görüşlərdə ikitərəfli gündəmdə olan məsələlər də müzakirə olunur. Belə imkanları əldən vermək düzgün olmazdı", - deyə o qeyd edib.
Baş nazir səfər çərçivəsində ikitərəfli və ya digər formatda görüşlərin planlaşdırılıb-planlaşdırılmadığı sualına belə cavab verib: "Tədbir ilk növbədə mayın 9-na həsr olunub və müəyyən mənada bu, rəsmi sammit deyil. Təbii ki, təmaslar olacaq, amma bu təmasların nə dərəcədə rəsmiləşəcəyinə əmin deyiləm, çünki biz kifayət qədər sıx qrafiklə işləyəcəyik".
Ağarza Elçinoğlu