AZ

"Real" "Barselona"dan nəyin qisasını almaq istəyir?

style='margin-bottom:10px;'>

"Real"da "Barselona"nın futbolçularının açıqlamaları xoş qarşılanmayıb. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

İspaniya kubokunun finalında komandaların qarşılaşdığı görüşdən sonra Kataloniya klubunun vingeri Lamin Yamal belə bir açıqlama vermişdi: "Oyundan öncə Arauxoya dedim ki, bizə nə qədər qol vursalar da, fərq etməyəcək, çünki bu il "Real" bizi məğlub edə bilmir". 

Onun komanda yoldaşı İnyiqo Martines isə demişdi ki, həmin gecə futbol qalib gəldi və "Barselona" Madrid təmsilçisindən yaxşı olduğunu sübut etdi. 

Bu açıqlamalar "Real"ın futbolçuları tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də onlar mayın 11-də La Liqanın 35-ci turunda keçiriləcək "El-Klassiko"ya qisas almaq üçün çıxmaq niyyətindədirlər. Görüş Bakı vaxtı ilə 18:15-də başlayacaq. 

Xatırladaq ki, İspaniya kubokunun finalı "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı. 

Seçilən
0
teleqraf.com

1Mənbələr