"Pakistan-Hindistan arasındakı indiki gərginlik uzun sürən gərginlikdir. İstər-istəməz müharibə şəraiti formalaşır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bu proseslərin hər birində üçüncü qüvvələrin rolu var. Hətta istəkləri var. Çünki indiki halda biz görürük, hansı mövqedən güc mərkəzləri və eləcə də beynəlxalq təşkilatlar çıxış edirlər. Əgər Pakistan birmənalı şəkildə beynəlxalq hüquqa istinad edirsə, bildirir ki, aprel ayında baş vermiş terror aktında 26 nəfər tələf oldu. O, Pakistanın iştirakı ilə olmayıb, bu, təxribat da ola bilər. Sadəcə bu məsələni sağlam başla və sabit bir tərzdə müzakirə etmək də olar. Amma Hindistan bilərəkdən çalışır ki, prosesi gərginləşdirsin. Hətta dramatikləşdirir.
Bu baxımdan, əlbəttdə ki, burada ən çox təəssüf doğuran beynəlxalq təşkilatların bir növ süst yanaşmasıdır. Çünki əgər, həqiqətən də, iki nəhəng dövlətin arasında müharibə etimalı sezilirsə, niyə də gücsahibləri, beynəlxalq təşkilatlar fəaliyyətsiz oturmalıdırlar. Onlar gərək diplomatik səylərini işə salsınlar. Hətta lazım gələrsə, vasitəçilik etsinlər. Biz hələ ki, bunu görmürük. Nəhayət, Hindistandakı daxili vəziyyətdə bunu xəbər verir ki, Narendra Modi hakim partiyası yenə də sıxıntılar yaşıyır deyə, çalışır, daxildəki narazılıqları özünəməxsus şəkildə neytrallaşdırsın. Yəni, Pakistanla sərhəddə gərginliyə üstünlük verməklə, müharibə ritorikasını istifadə etməklə bir növ özünə sığortalıyıcı mexanizm yaradır. Amma bu çox təhlükəli bir gedişdir. Birincisi, hələ o terror aktının kim tərəfindən edilməsi, kimin səyləri ilə həyata keçirilməsini sübuta yetirmək lazımdır. İkici məqam odur ki, Delinən Samaqalad arasında gərək dialoq olsun. Çünki iki nəhəng dövlətdir və ikisinin də nüvə silahi mövcuddur. Böyük demokratik resursu var. Əgər müharibə şəraiti olarsa, itkilərdən dəhşətə gəlmək də olar. Çünki itkilər böyük olacaq. Artıq orada konkret hazırlıqlar gedir. Biz artıq görürük ki, Pakistan kifayət qədər təmkinlə davranır. Hindistan əksinə çalarları tündləşdirir, digər tərəfdən təhdidlərlə, hətta şantajla danışmağa üstünlük verir. Bu, heç də keçərli bir çıxış yolu deyil. Çünki hər bir xarici siyasətdə atılan addımın gərək bir məntiqi izahı olsun. Əgər müharibə lazımdırsa, deməli, terror aktını törədən də hintistanlıların özləridir.
Burada bir məntiqdən söhbət gedir ki, müharibəni başlamaq çox yüngül başa gəlir, amma sonra qarşısını almaq həddən artıq dəhşətli bir prossesə çevrilir. Biz görürük ki, qərb mənbələri də çox həyəcan doğuran xəbərləri yayırlar. Qaynar savaşın ehtimalı artır və hətta onlar toqquşarlarsa, 200 milyona qədər insan tələfatı ola bilər.Yəni burada dolayısıyla həm də bildirilir ki, guya, nüvə başlıqlarından da istifadə oluna bilər. Bu bir faktdır ki, həm Hindistanın, həm Pakistanın çox böyük raket potensiyalları var. Onlar öz silahlarını və nüvə başlıqlarını da lazım gəldikdə istifadə edə bilərlər. Bu ən dəhşətli bir şeydir. Çünki, həqiqətən də, elə bir prezident hələ ki, yoxdur. Bildiyimizə qədər ABŞ ilk də 1945-ci ildə lazımsız bir tərzdə iki nüvə bombasından istifadə etdilər və Yaponiyanın iki şəhərini yerlə-yeksan etdilər, yüz minlərlər insan həlak oldu. Ona heç bir lüzum yox idi".
"Pakistanla Hindistan arasında elə lüzum yoxdur ki, həqiqətən də, silaha əl atsınlar. Bəli, insident olubsa, onu araşdırmaq lazımdır. Onu diqqətə çatdırmaq lazımdır ki, kimlərin işidir. Çünki Pakistan əgər bu prosesdə təmkin gösdərirsə, deməli, bu araşdırmanı da bəyan edir. Amma Hindistan belə bir mövqe tutur ki, heç nəyi belə eşitmək isdəmir. Pakistanın arqumetlərini qəbul etmir və bu baxımdan da elə hesab edir ki, guya zərər çəkmiş bir ölkədir. Amma həm də Pakistanın narazılığı su ehtiyatlarından istifadəsinin məhdudlaşdırılmasıdır. Çünki Hindistan tərəfdən gələn çayların qarşısı alınır. Nəzərə alsaq ki, Pakistan kənd təsərrüfatı güclü olan bir məmləkətdir. Onun iqtisadiyyatından bəlli olur ki, Dehli çox həssas bir nöqtəyə artıq zərbələr endirir. Sanki heç nə etməmiş kimi özünü aparır. Artıq Hindistana neçə vaxtlardır ki, müsəlmanlara qarşı sözün əsil mənasında radikal diskriminasiya siyasəti yeridilir. Müsəlmanların fondlarının fəaliyyətinə qadağalar qoyulub, onların iş mərkəzləri dağıdılır, insanlara qarşı represiyalar tədbiq edilir. Hətta bir vilayətində ki, əhalisi 99%- i müsəlmandır. Orada müsəlman adların belə qoyulmasına imkan vermirlər. Bu, sözün əsil mənasında faşist diskriminasiya sisteminin tətbiqidir ki, bununla sadəcə barışmaq olmaz. Mən elə başa düşürəm ki, Pakistan hələ ki, təmkin göstərmir. Amma Hindistan bu yollarla belə sərt və anlaşılmayan gedişlərlə artıq elə bir vəziyyət yaradır ki, qırmızı xətlər keçirilsin və onlardan sonra da müharibə variantı daha real görünsün. Təbii, indi burada BMT-nin Təhlükəsizlik Şurası da Pakistanın tələbi ilə bir qərarlar çıxarıb ki, sabitlik olsun və tərələr bir-birini eşitsin. Burada bir çox şeylər Hindistandan asılı olacaq ki, bir qədər özünün aqressiv ritorikasından geri çəkilsin, hədələrini dayandırsın, şantaj siyasətindən istifadə etməsin ki, sabit bir formada dialoqa başlasın. Hər halda diplomatiyanın tələbləri bundan ibarətdir. Amma həm də lazımdır ki, hakim orqanlar hər iki ölkədə, xüsusilə Hindistanda bir qədər məsuliyyətlə bu işə yanaşsınlar. Onların üzərində çox böyük həm məsuliyyət var, həm də gələcəklə bağlı böyük mənəvi yüklər var. Onları normal tərzdə saxlamaqdan ötrü də nuna qətiyyət, istək, daxili enerji lazımdır. Görək tərəflər özlərini necə ifadə edəcəklər2 -deyə o, əlavə edib.