AZ

Rusiya Kiyevi vurdu: ÖLƏNLƏR VAR

7 may gecəsi Kiyev şəhəri genişmiqyaslı dron hücumuna məruz qalıb. 

News24.az xəbər verir ki, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. 

Paytaxtın bir neçə rayonunda yaşayış binaları zərər görüb.

Bu barədə xilasedicilər və Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Hücum nəticəsində düşən dron qalıqları paytaxtın dörd rayonuna — Svyatoşinski, Solomensk, Şevçenko və Dnipro rayonlarına ziyan vurub.

Svyatoşinski rayonunda qalıqlar 9 mərtəbəli yaşayış binasına dəyib. 6-cı mərtəbədən 9-cu mərtəbəyə qədər olan mənzillərdə yanğın baş verib. 100 kv. metr sahədə alov söndürülüb. Xilasedicilər beş nəfəri, o cümlədən dörd uşağı xilas ediblər. Onlardan üçü yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Şevçenko rayonunda 5 mərtəbəli binaya qalıqlar düşüb. 3-cü və 5-ci mərtəbələrdəki mənzillərdə yanğın başlayıb. Yanğının söndürülməsi zamanı xilasedicilər iki nəfərin cəsədini aşkarlayıblar.


Məryəm İlhamqızı



Seçilən
0
news24.az

1Mənbələr