AZ

BMU tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) tələbələrinin təmsil olunduğu “DeepSense” komandası “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində birinci yeri tutub.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, “Elektrik mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Nəsib Əhmədov (mentor), “Elektronika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Tahirə Bəylərova və “İnformasiya texnologiyaları” ixtisasının 2-ci kurs tələbəsi Yusif Novruzlunun yer aldığı komanda yarışmanın Azərbaycan mərhələsinin ilk turunda (“Robotex International Azerbaijan 2025”) “Maze Robot” layihəsi ilə iştirak edib. Layihə çərçivəsində hazırlanan robot verilmiş labirinti 5 dəqiqə ərzində tamamlamağa çalışır, həmçinin sensorlar, ağıllı alqoritmlər vasitəsilə optimal çıxış yolunu müəyyənləşdirir.

Komanda bu layihə ilə yarışmanın ikinci mərhələsində “Labirint” kateqoriyasında böyük uğura imza atıb və bu ilin dekabr ayında Estoniyanın Tallin şəhərində keçirilməsi nəzərdə tutulan finala qatılmaq hüququ qazanıb.

 

 

Seçilən
0
tehsil.biz

1Mənbələr