Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi sürətləndirilməlidir. Substantiv danışıqlar 2025-ci ildə başlamalıdır.
Bunu mayın 7-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.
"Biz Ukraynanın ittifaqımıza üzvlük yolunu sürətləndirməliyik. Bu, təkcə ölkənin istəyi deyil. Bu proses təhlükəsizliyin möhkəm təminatına çevrilə bilər", - AK mətbuat xidməti rəsmi saytında onun sözlərindən sitat gətirib.
O, həmçinin hesab edir ki, AK bu məsələ üzərində çox işləyir. İlk danışıqların 2025-ci ildə aparılması planlaşdırılır.