AZ

Duda: Putin bütün Ukraynanı ələ keçirmək istəyir

BAKI, 7 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəni bitirməyə hələ hazır deyil, o, hələ də bütün ölkəni ələ keçirmək istəyir.

Teleqraf xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.

“Vladimir Putinin hazır olub-olmadığını bilmirəm. Bəlkə də bütün Ukrayna əlində olsaydı, hazır olardı. Sonra deyərdi ki, indi bu müharibəni bitirmək üçün doğru vaxtdır”, - president qeyd edib.

Duda əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur edə bilir: “Amma o (Tramp), radikal tədbirlər görməyə hələ hazır deyil”.

Seçilən
0
teleqraf.com

1Mənbələr