AZ

Mahir Emreli bu kluba keçə BİLƏR

Futbol üzrə milli komandamızın üzvü Mahir Emrelinin mövsümün sonunda hazırkı klubu “Nürnberq”dən ayrılacağı haqda xəbər vermişdik.

Bizim.Media xəbər verir ki, artıq onunla maraqlanan klub da bəlli olub.

Bu bundesliqa təmsilçisi “Sankt Pauli” komandasıdır. Hazırda autsayderlərdən olan “Sankt Pauli” Mahirin transferini reallaşdırmaq üçün Bundesliqada qalmalıdır. Əgər komanda elitada qalmağı bacarsa, Mahirlə müqavilə bağlayacaq. Əks halda futbolçu digər variantları nəzərdən keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr