AZ

Pakistan ordusuna Hindistana cavab vermək üçün tam səlahiyyət verildi


Pakistan hökuməti Hindistanın raket hücumlarından sonra Pakistan Silahlı Qüvvələrinə lazımi cavab vermək səlahiyyətinin verildiyini açıqlayıb.

Pakistan Baş Nazirlik Ofisindən verilən açıqlamada, Milli Təhlükəsizlik Şurasının baş nazir Şahbaz Şərifin sədrliyi ilə iclas keçirdiyi bildirilib.

Hökumətin açıqlamasında Hindistanın Pakistana raket hücumları nəticəsində həyatını itirənlərə başsağlığı verilib və Hindistanın hücumları "təxribat, qorxaq və qanunsuz" olaraq xarakterizə edilib.

Pakistan ordusunun rəsmisi general-leytenant Əhməd Şərif Çaudri isə Hindistanın hücumları nəticəsində ölənlərin sayının 26-ya, yaralıların sayının isə 46-ya yüksəldiyini açıqlayıb.

Hindistanın hücumu zamanı ən azı 2 məscid və 1 məktəbə də ziyan dəyib.

Pakistan mətbuatı təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Hindistana aid 5 qırıcı və 1 pilotsuz uçuş aparatını (PUA) vurub. Həmçinin bildirilib ki, Pakistan raket zərbəsilə iki ölkə arasında faktiki sərhəd rolunu oynayan Nəzarət Xəttində (LoC) Hindistan mövqelərini darmadağın edib.

O, da bildirilir ki, Pakistanın cavab zərbələrindən sonra Hindistan Kəşmirin nəzarətində olan bəzi ərazilərindən insanların təxliyəsinə başlayıb.

TAHİR

Seçilən
0
baki-xeber.com

1Mənbələr