Bakı. Trend:
Pakistan Hindistanı “açıq-aşkar müharibə aktı” törətməkdəittiham edib və Yeni Dehlinin mübahisəli Kəşmir bölgəsindəkimübahisəli sərhəddə həyata keçirdiyi ölümcül raket hücumlarınacavab olaraq qisas alacağını bəyan edib.
Trend xəbər verirki, bu barədə “Al-Jazeera” Pakistan KİV-ə istinadən məlumatyayıb.
Bu, nüvə silahına malik iki qonşu ölkə arasında son iyirmi ildəbaş vermiş ən ciddi zorakılıq dalğası kimi qiymətləndirilir.
Çərşənbə günü Pakistan parlamentində çıxış edən baş nazir ŞahbazŞərif Hindistan tərəfindən həyata keçirilən hücumu “qorxaq addım”adlandırıb.
Çıxışından öncə Şərif Milli Təhlükəsizlik Komitəsinin iclasınasədrlik edib. İclasda Pakistan rəsmiləri Hindistanın atdığıaddımları “qanunsuz hərəkətlər” adlandıraraq, bunların “Pakistanınsuverenliyinə və ərazi bütövlüyünə qarşı açıq-aşkar pozuntu”olduğunu bəyan ediblər.
“Günahsız qadınlar və uşaqlar da daxil olmaqla, mülki şəxslərinHindistan ordusu tərəfindən qəsdən hədəfə alınması bütün insanlıqdəyərlərinə və beynəlxalq hüququn normalarına zidd olan dəhşətli vəutancverici cinayətdir”, – deyə komitənin bəyanatındabildirilir.