AZ

Tramp: Rusiya dünya çempionatına qaytarılsa, müharibəni dayandıra bilər

BAKI, 7 may. TELEQRAF

Rusiyanın Ukraynadakı müharibəni dayandırması üçün stimul onun ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə dünya çempionatında iştirak etmək imkanı ola bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, Rusiyanın çempionata qayıtması onun administrasiyasının 2026-cı il futbol üzrə dünya çempionatı ilə bağlı ilk iclası zamanı Ukraynadakı müharibəyə son qoya bilər.

Həmçinin o qeyd edib ki, Rusiyanın turnirdən kənarlaşdırılmasından xəbərsiz olub: “Mən bunu bilmirdim. Bu, (Rusiyanın qayıtması) mümkündür. Bu, yaxşı stimul ola bilər, elə deyilmi? Biz onların dayandırılmasını istəyirik. Hər həftə beş min gənc ölür”.

Xatırladaq ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilədən sonra Rusiya milli futbol yığmasını beynəlxalq yarışlardan kənarlaşdırıb. Hazırkı qaydalara əsasən, Rusiya 2026-cı il futbol üzrə dünya çempionatında oynamayacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr