Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın həyata keçirdiyi hücumlardan sonra Pakistan ordusuna “özünümüdafiə hüququndan istifadə etmək və müvafiq hərbi cavab vermək” səlahiyyəti verib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Şahbaz Şərifverdiyi yazılı açıqlamada Milli Təhlükəsizlik Komitəsinin iclasında alınan qərarları paylaşıb:
“Pakistan günahsız mülki insanların həyatını itirməsinə və suverenliyinin pozulmasına görə intiqam almaq hüququndan müəyyən etdiyi vaxt, məkan və üsulla istifadə edəcək. Pakistan xalqı gələcək mümkün hücumlara qarşı qətiyyətli və davamlı mövqeyini davam etdirəcək”.