AZ

Arif Babayevin sözləri Nəzakət Teymurovanı kövrəltdi

Xalq artisti Nəzakət Teymurova efirdə kövrəlib.

OLAY yazır ki, “Söhbət var”da qonaq olan sənətçi ustadı Arif Babayevin onunla bağlı danışdığı süjeti izlədikdən sonra göz yaşlarını saxlaya bilməyib. A.Babayev isə tələbəsi haqda bunları söyləyib:

“Mənim sevimli tələbəmdir. Onun haqqında danışmaq mənə xoşdur. İNəzakət çalışdı, onu bütün camaat tanıdı, gözəl xanəndədir. Şövkət xanım, Rübabə Muradova kimi xanəndədir. Buna layiqdir o. Sevinirəm ki, o zirvədədir. Mərd qızdır, oxumağı da mərddir. Hər dəfə onun gördüyü işlərə baxdıqca fərəhlənirəm. Allah var eləsin. Onlar bizim gələcəyimizdir. Mən bu gün varam, sabah yoxam. Amma Nəzakət var... Allah onu qorusun”.

Göz yaşlarını saxlaya bilməyən Teymurova müəlliminə belə təşəkkür edib:

“Ustadıma çox təşəkkür edirəm. Arif müəllim Azərbaycan mədəniyyətinə tələbə ordusu verib. Həmişə onu şən görmüşəm. Həmişə deyirəm ki, atamdan sonra böyüyüm Arif müəllim olub. Hansı sahədə olursa olsun, adı qızıl hərflərlə yazılıb. Arif müəllim nə oxuyubsa, möhür qoyub. Allah ona sağlam ömür versin, Alalh canınızı sağ eləsin. Özünüz bilirsiniz ki, sizi nə qədər çox istəyirəm”.

Seçilən
0
olay.az

1Mənbələr