ABŞ prezidenti Tramp vəzifəyə gələn kimi gözü Kanada və Qrenlandiyaya dikib. Dünən Ağ Evdə Kanadanın Baş naziri Karnini qəbul edən Tramp onun gözünün içinə baxa baxa Kanadanın ABŞ-ın 51-ci ştatı olacağını deyib.
Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Tramp və Karni arasında gərginlik yaranıb.
"Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır" kimi əvvəlki açıqlaması ilə bağlı suala cavab verən Tramp hələ də bunun baş verəcəyinə inandığını deyib: "Mən hələ də inanıram ki, Kanada 51-ci əyalətimiz olmalıdır, amma bu, iki nəfərlik tanqodur, elə deyilmi? Düşünürəm ki, bunun Kanada vətəndaşları üçün çox böyük faydası olacaq, daha aşağı vergilər, pulsuz ordu... Düşünürəm ki, bu, həqiqətən də gözəl bir evlilik olardı".
Sual-cavab zamanı ən Kanadanın Baş naziri Karni “Kanada satılık deyil və heç vaxt da satılmayacaq” deyib. Tramp isə onun bu sözlərinə dərhal qarşılıq verərək deyib: "Bunu zaman göstərəcək. Heç vaxt olmayacaq demə. Mən edilməsi mümkün olmayan çox şeylər yaşadım və sonda həyata keçirilməsi mümkün hala gəldilər. Əgər bu, hər kəsin xeyrinədirsə... Kanada bizi sevir və biz də Kanadanı sevirik, məncə, vacib olan şey budur. Zaman keçdikcə nə olacağını görəcəyik".
TAHİR