TBİLİSİ, 7 may. TELEQRAF
“Erkən seçkilər Gürcüstanın əsas milli maraqlarına zərbə vura bilər. Əlbəttə ki, biz buna gedə bilmərik”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, növbəti parlament seçkiləri Gürcüstan Konstitusiyasına uyğun olaraq 2028-ci ilin oktyabrında keçiriləcək.
İ.Kobaxidze Gürcüstana qarşı sanksiyaların tətbiqinə baxmayaraq, hakimiyyətin geri addım atmayacağını deyib.
“Proseslər elə gedir ki, sanksiyanı adi kompliment kimi qəbul edirik. Biz geri çəkilə bilmərik, arxamızda gürcü xalqı dayanır. Biz gürcü xalqını və milli maraqlarımızı sona qədər müdafiə edəcəyik”, - hökumət başçısı söyləyib.