AZ

Yazda yağış və qar – Hava özünü niyə belə aparır? – SƏBƏBLƏR 

Son günlər yaz fəslində müşahidə olunan qeyri-adekvat soyuq hava şəraiti diqqət çəkir. Aprel və may aylarında adətən temperaturun artması gözlənilsə də, bu il havalar nisbətən sərin və yağıntılı keçir. Bəs, yaz fəslində havaların soyuq keçməsinin səbəbi nədir?

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli KONKRET.az-a açıqlamasında bildirib ki, bu fəsildə temperaturun tədricən artmasına baxmayaraq, şimal yarımkürəsindən, xüsusilə də Atlantik okeanı və şimal istiqamətlərdən soyuq hava cərəyanları daxil ola bilir.

Qorxmaz

“Bu hava kütlələri həm temperaturun aşağı düşməsinə, həm də gözlənilməz şəkildə dəyişməsinə səbəb olur. Cənub və şərqdən gələn hava kütlələri isə daha isti və rütubətli ola bilər. Bu da hava şəraitində müxtəliflik yaradır”.

Ekoloq qeyd edir ki, bahar aylarında havaların soyumasının əsas səbəbi məhz daxil olan soyuq hava kütlələridir. Əgər təbii iqlim axarına uyğun davam edərsə, hava nə çox isti, nə də soyuq olur. Yəni mülayim keçir.

“Hazırda ölkədə yağıntılı hava hökm sürür. Yüksək dağlıq ərazilərə qar yağıb, dağətəyi bölgələrdə isə sulu qar müşahidə olunub. Bu isə yaz fəslinə xas, təbii bir haldır. Bəzən may ayının sonlarına doğru da bu cür hava hadisələri ilə rastlaşa bilərik”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr