AZ

Ümit Karan həbs edilib?


“Qalatasaray” klubunun və Türkiyə millisinin keçmiş futbolçusu Ümit Karanın həbs olunması ilə bağlı məlumat yayılıb.  
Yeniavaz.com
“Sabah” qəzetinə istinadla xəbər verir ki, ona qarşı cinsi zorakılıq maddəsi ilə 5 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.
Mətbuat orqanı yazır ki, Bakırköy 37-ci Cəza Məhkəməsi dəlil olmadığı üçün Karan barəsində bəraət hökmü çıxarsa da, iddiaçı tərəfin vəkili hökmə etiraz edib və iş apellyasiya məhkəməsinə verilib.
"İstanbul Regional Ədliyyə Məhkəməsinin 20-ci Cəza Dairəsi bəraət hökmünü ləğv edərək, Karanı 1 il 8 ay həbs cəzasına məhkum edib.
Etirazdan sonra iş Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin 9-cu Cəza Dairəsi Ümit Karana verilən 1 il 8 ay həbs cəzasını təsdiqləyib.
Karan təsdiqlənmiş cəzası çərçivəsində Bakırköy Ədliyyəsinə gedib və cəzası təsdiqlənərək, Metris Həbsxanasına göndərilib", - "Sabah"ın məlumatında qeyd olunur.
Seçilən
0
yeniavaz.com

1Mənbələr